SIMA rəqəmsal imza ilə Baku Electronics saytında nisyə alış-veriş necə rəsmiləşdirilir?
Mən keçən ay bu üsulla planşet aldım. Heç bir kağız sənədə imza atmadan, 5 dəqiqə ərzində müqavilə təsdiqləndi və ertəsi gün kuryer malı gətirdi.
Sifariş rəsmiləşəndən sonra saytın Aktiv Müqavilələr bölməsindən aylıq ödəniş qrafikinizə də rahatlıqla baxa bilirsiniz.
Proses çox sadədir. Sifarişi rəsmiləşdirərkən ödəniş üsulu kimi nisyə alışı seçirsiniz və sistem sizi SIMA tətbiqinə yönəldir.
Mobil telefonunuzda SIMA tətbiqi yüklənmiş olmalıdır. Şəxsiyyət vəsiqənizin FİN kodu və doğum tarixinizi daxil edib üz tanıma ilə müqaviləni təsdiqləyirsiniz.
Nəzərə alın ki, SIMA ilə rəsmiləşdirmə zamanı sistem avtomatik kredit tarixçənizi yoxlayır. Əgər gecikmələriniz yoxdursa dərhal təsdiq cavabı gəlir.
Əlavə zamin və ya iş yerindən arayış tələb olunmur. Sadece smartfonunuzda SIMA tətbiqinin aktiv olması kifayətdir.
Əgər qiymət 50 AZN-dən aşağıdırsa nisyə alış keçmir. minimum 50 manatlıq alış-veriş olmalıdır.