İŞ ELANI
4 gün əvvəl
Sığorta operatoru (xanım) tələb olunur
confident insurance agency
Bakı
Full time
Nə vaxt yerləşdirilib
11/09/2026
Əmək haqqı
400 - 600
İş təcrübəsi
1 ildən az
Cins
Xanım
Təhsil
Orta
Yaş həddi
20 - 40
İş haqqında ətraflı
Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə fəaliyyət göstərən “Confident Sığorta Agentliyi” peşəkar təlimlər keçməklə yeni kadrlar yetişdirir və xanım namizədlər üçün Sığorta Mütəxəssisi (Agenti) vakansiyası elan edir.
Görəcəyiniz əsas işlər:
* Yeni müştərilərin cəlb edilməsi, onların ehtiyaclarının dəqiq müəyyənləşdirilərək ən uyğun sığorta məhsullarının təqdim olunması;
* Mövcud sığorta müqavilələrinin vaxtında yenilənməsinə nəzarət edilməsi və müştəri bazasının mütəmadi olaraq yenilənərək idarə olunması;
* Sığorta məhsulları, təminatlar, müqavilə şərtləri və təklif detalları barədə müştərilərə ətraflı məlumat verilərək düzgün istiqamətləndirilməsi;
* Satış planlarının icra olunması və yüksək səviyyəli müştəri məmnuniyyətinin təmin edilməsi.
Sizdən nə gözləyirik?
* Cins və Yaş: Yalnız xanım namizədlər (Kollektiv tamamilə xanımlardan ibarətdir) | Yaş həddi: 20 – 40 (Qeyd: Tələbələr və part-time iş axtaranlar üçün uyğun deyil, tam ştatlı işdir);
* Təhsil və Təcrübə: Orta, natamam ali və ya ali təhsil; sığorta sahəsində iş təcrübəsi arzuolunandır (təlimlər təşkil olunur);
* Dil bilikləri: Azərbaycan dili səlis; rus və ingilis dillərini bilmək arzuolunandır;
* Şəxsi keyfiyyətlər: Ünsiyyətcil, inandırma qabiliyyəti yüksək, məsuliyyətli və nəticəyönümlü yanaşma.
İş şəraiti və təminatlar:
* İş qrafiki: 5 günlük iş həftəsi (I–IV günlər: 10:30 – 17:00, V gün qrafikə uyğun; şənbə, bazar və rəsmi bayram/hüzün günləri istirahət);
* Rəsmiləşmə: AR Qanunvericiliyinə əsasən rəsmi əmək qeydiyyatı və peşəkar inkişaf mühiti.
Müraciət qaydası:
Tələblərə tam cavab verirsinizsə, CV-nizi məktubun mövzu (subject) hissəsinə müvafiq vəzifə adını yazaraq [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.
Müraciət üçün əlaqə vasitəsi: