İŞ ELANI
07.09.2026
Reception tələb olunur
Suvenir Otel
Bakı
Full time
Nə vaxt yerləşdirilib
07/09/2026
Əmək haqqı
600
İş təcrübəsi
1-3 il
Cins
Fərq etmir
Təhsil
Orta
Yaş həddi
25
İş haqqında ətraflı
İçərişəhərdə yerləşən, əsasən ailələrə və xarici qonaqlara xidmət göstərən butik otel üçün gecə növbəsini idarə edəcək peşəkar və məsuliyyətli Resepşn (Reception) əməkdaşı axtarılır.
Görəcəyiniz əsas işlər:
* Gecə saatlarında otelə gələn qonaqların yüksək qonaqpərvərliklə qarşılanması, qeydiyyata alınması və otaqlarına yerləşdirilməsi;
* Onlayn və birbaşa rezervasiyaların operativ idarə olunması, check-in və check-out əməliyyatlarının qüsursuz şəkildə həyata keçirilməsi;
* Qonaqların suallarının cavablandırılması, otelin xidmətləri barədə məlumat verilməsi və tələblərinin operativ yerinə yetirilməsi;
* Növbə üzrə zəruri təhvil-təslim işlərinin icra olunması.
Sizdən nə gözləyirik?
* Təcrübə: Otel və ya resepşn sahəsində iş təcrübəsi arzuolunandır (Booking.com, Expedia kimi platformalarla işləmə bacarığı üstünlükdür; Qeyd: Tələbələr və part-time iş axtaranlar üçün uyğun deyil);
* Dil bilikləri: İngilis və rus dillərini yaxşı səviyyədə bilmək;
* Texniki bacarıqlar: MS Office proqramları və internet brauzerlərindən sərbəst istifadə etmək;
* Şəxsi keyfiyyətlər: Qonaqlarla nəzakətli və səlis ünsiyyət, yüksək məsuliyyət, səliqə-sahman və işə qarşı ciddi yanaşma.
İş şəraiti və təminatlar:
* İş yeri: İçərişəhər (Butik otel);
* İş qrafiki: Gecə növbəsi (Saat 21:00 – 09:00);
* Əməkhaqqı: Aylıq sabit məvacib 600 AZN.
Müraciət qaydası:
Tələblərə tam cavab verirsinizsə, şəkilli CV-nizi məktubun mövzu (subject) hissəsinə mütləq vakansiyanın adını yazaraq [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.
⚠️ Vacib qeyd: Zəng edərək müraciət etmək qəti qadağandır; yalnız göstərilən e-poçt ünvanına CV təqdim edən və şərtləri ödəyən namizədlərlə əlaqə saxlanılacaq. Uğurlar!
Müraciət üçün əlaqə vasitəsi: