Qulaq tutulması üçün hansı damcı daha təsirlidir və həkimsiz istifadə edilə bilər?
Damcını tökməzdən əvvəl flakonu ovucunuzda bir az isidin. Soyuq damcı daxili qulağa dəyəndə baş gicəllənməsi və ürəkbulanma verə bilər.
Diqqətli olun: antibiotik tərkibli damcıları (məsələn Anauran, Normaks) həkim təyinatı olmadan istifadə etmək olmaz.
Sırf kükürd tıxacından yaranan tutulmalar üçün A-Cerumen və ya Otomar kimi təmizləyici damcılar ən yaxşısıdır.
Ən təhlükəsiz başlanğıc dəniz suyu tərkibli sprey və ya A-Cerumen istifadə etməkdir.
Əgər tutulma ilə birgə göynəmə və ağrı varsa, Otipax və ya Otinum daha uyğundur, çünki ağrıkəsici tərkibə malikdirlər.
Məndə həkim borik spirtini damızdırmağı qadağan etmişdi, çünki qulaq pərdəsi zədəlidirsə spirt güclü yanıq verir.