Qulaq kirinin evdə təmizlənməsi təhlükəsizdirmi yoxsa həkimə yudurtmaq lazımdır?
Ən təhlükəsiz üsul aptekdə satılan kükürdəridici damcılardan (məsələn A-Cerumen) istifadə etməkdir. 3-4 gün damızdırırsınız, kir öz-özünə yumşalıb xaric olur.
Özünüz evdə itiləşdirilmiş əşya, sancaq və ya dəmir vurmayın. Qulaq pərdəsini dəşmə riski çox yüksəkdir.
Pambıq çubuqlar qulağı təmizləmək üçün deyil, sadəcə seyvanı silmək üçündür. Çubuq istifadə etdikdə kükürdü daha dərinə qulaq pərdəsinə tərəf sıxırsınız.
Mən illərdir 6 aydan bir gedib LOR həkiminə yudurduram. Çox rahat və ağrısız prosedurdur, 3 dəqiqəyə hər iki qulağı tərtəmiz edirlər.
Həkimə gedəndə artıq şpris vurub yumaqla yanaşı xüsusi vakuum aparatları ilə də təmizləyirlər, bu daha gigiyenik və təhlükəsizdir.
Düzgün metod odur ki, duşdan sonra dəsmalın ucu ilə qulaq keçidinin xarici hissəsi silinsin. Qulaq kanalı özü-özünü təmizləmə mexanizminə malikdir.