Evdən və ya ofisdən online satış vakansiyalarında işləmək sərfəlidirmi və ödənişlər necə edilir?
Fiks maaş adətən 300-400 AZN olur, hər uğurlu satışdan 2-5 manat arası bonus əlavə olunur.
Satış nömrəsini və korporativ sosial media hesablarını şirkət təmin etməlidir.
Aktiv və operativ olsanız aylıq gəliri 700-800 AZN-ə çatdıra bilərsiniz.
Ödənişlər həftəlik və ya aylıq olaraq kart hesabına köçürülür.
Məhsul haqqında tam məlumatlı olmalısınız (ölçülər, parça tərkibi, çatdırılma müddəti).
Səhər 10:00-dan axşam 22:00-dək telefon əlində olmalıdır, mesaj ləngiyəndə müştəri başqa səhifəyə qaçır.
Daimi internet bağlantınızın olması vacib şərtdir.
Müştəri narazılıqları çox olur, kuryer malı gecikdirəndə zərbə operatora dəyir.
Göz yorğunluğu və oturaq iş rejiminin çətinliyi var.
İşin əsas məğzi Instagram və WhatsApp üzərindən gələn mesajlara tez cavab vermək və müştərini alışa həvəsləndirməkdir.
Gecə növbələri olan böyük e-ticarət platformaları daha yüksək maaş təklif edir.
Ofisdən işləyən operatorlarda şərait daha rahatdır, çünki zəngləri və sifarişləri sistemə vurmaq imkanı var.
Yazı qaydalarını mükəmməl bilmək və emosiyaları idarə etmək lazımdır.
Tələbələr və evdar xanımlar üçün məsafədən işləmək çox əlverişlidir.
Bəzi səhifələr sınaq müddəti adı ilə 1 həftə pulsuz işlədir, belə fırıldaqçılara aldanmayın.
Müsahibə adətən online (Zoom və ya WhatsApp videozəng) vasitəsilə keçirilir.
Gündəlik satılan malın hesabatını Excel cədvəlində aparmaq tələb olunur.
Mən 8 aydır geyim səhifəsində evdən onlayn satış operatoru işləyirəm. Sırf faizlə işləmək risklidir, fiks + faiz olan yerləri seçin.
Rəsmi müqavilə bağlayan onlayn mağazalara üstünlük verin.