Poliklinikalarda qeydiyyatçı vakansiyası tapmaq üçün müraciətləri haradan etmək daha effektivdir?
Jobsearch və Boss.az saytlarında hər gün yenilənir, tibb bölməsinə filtr qoyub baxın.
Özəl poliklinikaların rəsmi saytlarına girib karyera bölməsindən forma doldurmaq daha yaxşı effekt verir.
LinkedIn üzərindən klinikaların HR mütəxəssislərini tapıb birbaşa mesaj yazın.
Birbaşa gedib HR-a CV saxlayanda bəzən daha tez zəng edirlər nəinki onlayn müraciətdə.
Facebook-da Tibb Vakansiyaları qrupları var, orada hər gün resepşn elanları paylaşılır.
Dövlət poliklinikaları üçün TƏBİB-in vakansiya portalını izləməlisiniz, onlar mərkəzləşdirilmiş götürür.
Tanış-biliş vasitəsilə xəbər tutmaq da olur, çünki tez adam götürüb elanı bağlayırlar.
Yaxınınızda olan xəstəxanalara şəxsən yaxınlaşıb mühafizəyə və ya resepşna CV saxlayın.