İŞ ELANI
12.08.2026
Operator tələb olunur
Nurgün Qrup MMC
Bakı
Full time
Nə vaxt yerləşdirilib
12/08/2026
Əmək haqqı
500 - 600
İş təcrübəsi
1 ildən az
Cins
Xanım, Bəy
Təhsil
Vacib deyil
İş haqqında ətraflı
Vakansiya Elanı: Anbar və Sənədləşmə Üzrə Operator
Şirkət: Nurgün Qrup MMC
Vəzifə: Operator
İş yeri: Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi 2054
Vəzifə Öhdəlikləri:
– Gündəlik daxil olan qaimə və qəbzlərin yoxlanılaraq daxili proqram təminatına köçürülməsi
– Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin sistemdə vaxtında və düzgün qeydiyyata alınması
– Müvafiq hesabatlar üçün zəruri məlumatların toplanması, tərtib edilməsi və sənədlərin arxiv qaydalarına uyğun qorunması
– Anbar üzrə mal-material hərəkətinin, mədaxil və məxaric əməliyyatlarının nəzarətdə saxlanılması
– Aksiz markalarının vaxtında sifariş olunması, qəbulu və onlarla bağlı reyestrin aparılması
– Aksizli məhsulların müvafiq gömrük sistemlərində qeydiyyatdan keçirilməsi və barkodlanma/tanıdılma prosesinə nəzarət edilməsi
– Rəhbərlik tərəfindən səlahiyyət çərçivəsində verilən digər əməliyyati tapşırıqların yerinə yetirilməsi
Namizədə Qoyulan Tələblər:
– Təhsil: Ali və ya orta ixtisas (kollec) təhsili
– İş təcrübəsi: Müvafiq sahə üzrə iş təcrübəsinin olması üstünlük kimi qiymətləndirilir
– Yaş həddi: 25 yaşdan yuxarı namizədlər
– Proqram təminatı: 1C proqramında sərbəst işləmək bacarığı və MS Office (xüsusilə Excel) proqramlarını bilmək
– Dil bilikləri: Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət
– Şəxsi keyfiyyətlər: İşini planlamaq qabiliyyəti, detallara qarşı diqqətlilik, operativlik, güclü analitik təfəkkür və təşkilatçılıq bacarığı
İş Şərtləri və Qrafik:
– İş rejimi: 6 günlük iş həftəsi
– Əmək haqqı: Start aylıq məvacib namizədin bilik səviyyəsinə uyğun olaraq 500 – 600 AZN aralığında müəyyən edilir
– Rəsmiləşdirmə: AR Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq tam rəsmi əmək müqaviləsi ilə qeydiyyat
Müraciət Qaydaları:
Göstərilən şərtlərə cavab verən namizədlərdən CV sənədlərini e-poçt məktubunun mövzu (subject) hissəsinə mütləq "Operator" yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.
Diqqət Edilməli Məqamlar:
Yalnız elanın tələblərinə tam cavab verən şəxslərlə əlaqə saxlanılacaq.
Yalnız qeyd olunan rəsmi elektron poçt ünvanına daxil olan müraciətlər nəzərdən keçiriləcək.
Telefon zəngi vasitəsilə müraciət qəbul olunmur.
Vakansiya tam iş günü üçün nəzərdə tutulduğundan, tələbələr və part-time iş axtaranların müraciət etməməsi xahiş olunur.
Müraciət üçün əlaqə vasitəsi: