İŞ ELANI
02.09.2026
Mexanik tələb olunur
Az Protein Foods Group MMC
Bakı
Full time
Nə vaxt yerləşdirilib
02/09/2026
Əmək haqqı
1000
İş təcrübəsi
3-5 il
Cins
Xanım, Bəy
Təhsil
Orta
Yaş həddi
30 - 45
İş haqqında ətraflı
Azprotein Foods Group MMC istehsalat xətlərində istifadə olunan avadanlıqların fasiləsiz və saz işləməsini təmin edəcək təcrübəli Mexanik axtarır.
Müəssisəmiz Buzovna qəsəbəsində yerləşir (Koroğlu metrosundan xidməti servis mövcuddur, yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük verilir).
Görəcəyiniz əsas işlər:
* İstehsalat avadanlıqlarının, mexaniki qurğuların və texniki sistemlərin hər zaman işlək vəziyyətdə saxlanılması;
* Nasazlıqların dərhal müəyyən edilərək aradan qaldırılması, avadanlıqların sökülməsi, yığılması, sazlanması və sınaqdan keçirilməsi;
* Gündəlik, həftəlik və planlı texniki baxışların, profilaktik tədbirlərin, həmçinin yağlama və tənzimləmə işlərinin qrafikə uyğun həyata keçirilməsi;
* Kompressor, nasos, reduktor, konveyer və digər mexanizmlərin texniki vəziyyətinə nəzarət edilməsi;
* Ehtiyat hissələrinə olan tələbatın müəyyənləşdirilib rəhbərliyə təqdim olunması, görülən işlərin uçotunun aparılması və təhlükəsizlik qaydalarına qüsursuz riayət edilməsi.
Sizdən nə gözləyirik?
* Təhsil: Orta təhsil;
* Təcrübə: Müvafiq sahə üzrə 3 – 5 il mütləq iş təcrübəsi (Qeyd: Tələbələr və part-time iş axtaranlar üçün uyğun deyil);
* Yaş həddi: 30 – 45 yaş aralığı.
İş şəraiti və təminatlar:
* İş yeri: Buzovna qəsəbəsi (Koroğlu metrosundan servis xidməti var);
* İş qrafiki: Həftənin 6 günü (iş saatı 16:00-da başlayır);
* Qidalanma: İsti nahar şirkət tərəfindən verilir;
* Rəsmiləşmə: AR Qanunvericiliyinə əsasən tam rəsmi əmək qeydiyyatı;
* Əməkhaqqı: Başlanğıc aylıq məvacib 1000 AZN təşkil edir.
Müraciət qaydası:
Tələblərə tam cavab verirsinizsə, CV-nizi məktubun mövzu (subject) hissəsinə mütləq “Mexanik” yazaraq [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.
⚠️ Vacib qeyd: Zəng edərək müraciət etmək qəti qadağandır; yalnız göstərilən e-poçt ünvanına CV təqdim edən və tələblərə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq. Uğurlar!
Müraciət üçün əlaqə vasitəsi: