Məktəblilər üçün məntiq və riyaziyyat hazırlığı nə dərəcədə vacibdir?
Məntiq sualları işləyən uşaqlar riyaziyyat Məsələlərini daha tez qavrayır və fərqli həll yolları tapırlar.
Məntiq dərsləri uşaqda diqqətlilik, fəza təsəvvürü və sürətli qərar vermə vərdişləri formalaşdırır.
Zehni gimnastika üçün mükəmməl vasitədir.
İbtidai sinifdən məntiq oxuyan uşaqlar gələcəkdə DİM imtahanlarında situativ suallarda çətinlik çəkmirlər.
Müəllimin uşağa ezbercilik yox, mühakimə yürütməyi öyrətməsi vacibdir.
Biz övladımızı 4-cü sinifdə məntiqə qoyduq, lisey qəbulunda çox yüksək nəticə göstərdi.
Liseylərə və giymnaziyalara (məsələn BDU liseyi, Fizika-Riyaziyyat liseyi) qəbul imtahanlarında məntiq sualları əsas yer tutur.
Olimpiadalara hazırlaşan uşaqlar üçün məntiq mütləq şərtdir.
Məntiq kitabları seçərkən yaşa uyğun vizual tapmacalı nəşrlərə üstünlük verilməlidir.
Dərslər əyləncəli formatda keçirilməlidir ki, uşaq riyaziyyatdan soyumasın.
Məntiq hazırlığı yalnız məktəb üçün yox, uşağın həyatı boyunca qarşılaşacağı problemləri həll etməsi üçün lazımdır.
Məntiq hazırlığı uşağın beynini standart çərçivələrdən çıxarır və analitik düşünmə qabiliyyətini kəskin artırır.
Həftədə 1-2 saat məntiq testi işləmək uşağı yormur, əksinə tapmaca kimi maraqlı gəlir.