m10 hesabı hansı hallarda bloklanır və bloku aradan qaldırmaq üçün nə etmək lazımdır?
Dəstək xidməti ilə əlaqə saxlayın, sizə xüsusi doğrulama linki göndərəcəklər və ya tətbiq daxilində canlı dəstək vasitəsilə kimliyinizi təsdiqləyib hesabı açacaqsınız.
m10 hesabı adətən arxa-arxaya şübhəli və böyük məbləğli köçürmələr edildikdə, PIN şifrə dəfələrlə səhv yazıldıqda və ya başqa cihazdan qanunsuz giriş cəhdi aşkar edildikdə avtomatik təhlükəsizlik blokuna alınır.
Bəzən eyni gün ərzində 10-15 müxtəlif adama kiçik məbləğlərdə pul göndərəndə də sistem spam kimi algılayıb bloka atır. Bu sadəcə alqoritmin təhlükəsizlik tədbiridir.
Narahat olmağa əsas yoxdur, əgər hesab öz adınızadırsa və qanunsuz iş görməmisinizsə, [email protected] ünvanına şəxsiyyət vəsiqənizin şəkli ilə müraciət edin, dərhal bərpa edəcəklər.
Mənim hesabım telefonumu dəyişəndə bloka düşmüşdü. *8810 nömrəsinə zəng etdim, operator şəxsiyyət vəsiqəmin məlumatlarını və son etdiyim ödənişləri soruşdu, eyniləşdirib 5 dəqiqəyə bloku qaldırdı.