İŞ ELANI
31.08.2026
Logistika üzrə mütəxəssis (xanım, bəy) tələb olunur
Docker MMC
Bakı
Full time
Nə vaxt yerləşdirilib
31/08/2026
Əmək haqqı
800 - 1000
İş təcrübəsi
1-3 il
Cins
Xanım, Bəy
Təhsil
Ali
Yaş həddi
22 - 35
İş haqqında ətraflı
Docker MMC Xətai rayonunda (Rövşən Əliyev küçəsi 19, Xətai metrosuna 3 dəqiqəlik məsafədə) yerləşən mərkəzi ofisi üçün daşınma və təchizat proseslərini idarə edəcək peşəkar Logistika üzrə mütəxəssis axtarır.
Beynəlxalq və daxili yükdaşımaların təşkili, sənədləşmə işləri və marşrutların optimallaşdırılması sahəsində təcrübəsi olan namizədlər müraciət edə bilərlər.
Görəcəyiniz əsas işlər:
* Beynəlxalq və daxili yükdaşıma proseslərinin təşkili, idarə olunması və optimal marşrutların müəyyənləşdirilməsi;
* Sürücülərlə operativ əlaqənin saxlanılması, yüklərin hərəkətinin və çatdırılma prosesinin izlənilməsi;
* CMR, TIR Carnet, invoice, packing list və digər gömrük-yükdaşıma sənədləri ilə peşəkar səviyyədə işlənməsi;
* Gömrük keçid məntəqələri və sərhəd prosedurlarının koordinasiya edilməsi;
* Sifarişlərin qəbulu, xərclərin uçotu, gündəlik və həftəlik hesabatların rəhbərliyə təqdim olunması;
* Daşıma zamanı yarana biləcək problemlərin, gecikmələrin operativ şəkildə həlli və müştərilərin məlumatlandırılması.
Sizdən nə gözləyirik?
* Təhsil: Natamam ali təhsil;
* Təcrübə: Müvafiq sahədə 1 ildən 3 ilə qədər iş təcrübəsi;
* Cins və Yaş: Bəy və ya xanım namizədlər | 22 – 35 yaş aralığı;
* Şəxsi keyfiyyətlər: Operativlik, məsuliyyət, komandada işləmək və detallara diqqət yetirmək bacarığı;
* Qeyd: Tam ştat iş rejimi olduğundan, tələbələr və part-time iş axtaranlar üçün uyğun deyil.
İş şəraiti və təminatlar:
* İş qrafiki: Həftəiçi 5 günlük iş həftəsi (10:00 – 18:00);
* Ünvan: Xətai r-nu, Rövşən Əliyev küçəsi 19 (metrodan piyada 3 dəqiqəlik məsafədə);
* Qidalanma: Ləzzətli nahar birbaşa şirkət tərəfindən təmin olunur;
* Rəsmiləşmə: AR Qanunvericiliyinə əsasən tam rəsmi əmək qeydiyyatı;
* Maaş: Bilik və bacarıqlara əsasən müsahibə əsasında təyin olunmaqla 600 – 1000 AZN aralığında dəyişir.
Müraciət qaydası:
Şərtlər sizin üçün uyğundursa, CV-nizi mövzu (subject) hissəsinə mütləq “Logistika üzrə mütəxəssis” yazaraq [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.
⚠️ Vacib qeyd: Zəng vasitəsilə müraciətlər qəbul olunmur, yalnız qeyd olunan e-mail ünvanına gələn müraciətlər nəzərdən keçiriləcək. Uğurlar!
Müraciət üçün əlaqə vasitəsi: