İŞ ELANI
04.09.2026
Korporativ satış meneceri tələb olunur
Royal Travel Group
Bakı
Full time
Nə vaxt yerləşdirilib
04/09/2026
Əmək haqqı
800 - 1000
İş təcrübəsi
1-3 il
Cins
Fərq etmir
Təhsil
Ali
Yaş həddi
24 - 36
İş haqqında ətraflı
Şirkətimizin B2B istiqamətini genişləndirəcək, yeni tərəfdaşlar qazanacaq və mövcud əməkdaşlıqları idarə edəcək bacarıqlı Korporativ Satış Meneceri axtarırıq.
Biznes müştərilərlə işləməkdə təcrübəsi olan, aktiv və nəticəyönümlü namizədlər komandamıza dəvət olunur.
Görəcəyiniz əsas işlər:
* Yeni korporativ müştərilərin aktiv şəkildə cəlb edilməsi məqsədilə potensial şirkətlərin araşdırılması və siyahının formalaşdırılması;
* Müştərilərlə əlaqə yaradılaraq görüşlərin təyin olunması, şirkətin xidmətlərinin peşəkar təqdimatlarının keçirilməsi və kommersiya təkliflərinin hazırlanması;
* Danışıqların aparılması, qarşılıqlı sərfəli müqavilələrin bağlanması və prosesin tam şəkildə idarə olunması;
* Müştəri bazasının mütəmadi olaraq yenilənməsi, idarə edilməsi və təqdim olunan xidmətlərin bazar şərtlərinə uyğun analiz edilməsi.
Sizdən nə gözləyirik?
* Təcrübə: Korporativ satış sahəsində minimum 1 il iş təcrübəsi (yeni müştərilərin cəlb edilməsi üzrə praktiki bacarıqlar mütləqdir);
* Dil bilikləri: Azərbaycan dilini yüksək səviyyədə bilmək (Rus və İngilis dillərini bilmək böyük üstünlükdür);
* Texniki bacarıqlar: MS Office proqramları (Word, Excel, Outlook) və internet resursları ilə sərbəst işləmək bacarığı;
* Şəxsi keyfiyyətlər: Güclü şifahi və yazılı kommunikasiya, yüksək səviyyədə danışıqlar aparmaq, təqdimat keçirmək və əla təşkilatçılıq qabiliyyəti.
İş şəraiti və təminatlar:
* İş qrafiki: Həftənin 5 günü, saat 10:00 – 18:00 (Şənbə və Bazar istirahət);
* Əməkhaqqı: Namizədin real təcrübəsinə və peşəkar bacarıqlarına əsasən fərdi şəkildə təyin olunur.
Müraciət qaydası:
Tələblərə tam cavab verirsinizsə, CV-nizi məktubun mövzu (subject) hissəsinə mütləq “Korporativ satış meneceri” yazaraq [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz. Uğurlar!
Müraciət üçün əlaqə vasitəsi: