İŞ ELANI
08.09.2026
Junior Product Manager (xanım, bəy) tələb olunur
Synergia Pharma
Bakı
Full time
Nə vaxt yerləşdirilib
08/09/2026
Əmək haqqı
1700 - 2000
İş təcrübəsi
1-3 il
Cins
Xanım, Bəy
Təhsil
Ali
Yaş həddi
30 - 45
İş haqqında ətraflı
Bakı şəhərində yerləşən şirkətimizdə tibbi preparatlar və brendlərin inkişafını idarə edəcək, strateji yanaşması və tibbi təhsili olan təcrübəli Məhsul Meneceri (Product Manager) axtarılır.
Görəcəyiniz əsas işlər:
* Şirkətin ümumi strategiyasına uyğun olaraq məhsul və brendlər üzrə illik marketinq planlarının, eləcə də büdcənin hazırlanması;
* Qısa və uzunmüddətli marketinq strategiyalarının formalaşdırılması, yeni və mövcud məhsullar üzrə bazar, rəqib həmçinin SWOT analizlərinin aparılması;
* Tibbi nümayəndələrə dərindən məhsul biliklərinin öyrədilməsi, onlarla birlikdə ikili vizitlərə çıxılaraq sahədə praktiki bacarıqların gücləndirilməsi;
* Satış və marketinq komandaları ilə sıx koordinasiyada reklam, PR və kampaniya fəaliyyətlərinin planlaşdırılması, eləcə də elmi-analitik dəstək materiallarının və təqdimat fayllarının hazırlanması.
Sizdən nə gözləyirik?
* Təhsil: Ali tibbi təhsil mütləqdir (Əczaçılıq, Biologiya, Tibb və ya Kimya ixtisasları üzrə);
* Təcrübə: Analoji vəzifədə minimum 1 – 3 il iş təcrübəsi (Tibbi nümayəndə kimi çalışmış, lakin tibbi təhsili olan namizədlər də müraciət edə bilərlər; Qeyd: Tələbələr və part-time iş axtaranlar üçün uyğun deyil, tam ştatlı işdir);
* Yaş aralığı: 30 – 45 yaş;
* Texniki bacarıqlar: Bazar analizi, qiymət formalaşdırma, brend mövqelənməsi üzrə praktiki biliklər, həmçinin Excel, PowerPoint, CRM və digər analitik proqramlarda yüksək səviyyədə işləmək qabiliyyəti;
* Şəxsi keyfiyyətlər: Güclü strateji düşüncə tərzi, analitik yanaşma, nəticəyönümlülük və effektiv komanda işi.
İş şəraiti və təminatlar:
* İş yeri: Bakı şəhəri;
* İş qrafiki: Həftənin 5 günü, saat 09:00 – 18:00 (5/7 rejim);
* Rəsmiləşmə: AR Qanunvericiliyinə uyğun rəsmi əmək qeydiyyatı;
* Əməkhaqqı: Aylıq sabit 1700 – 2000 AZN + nəticələrə əsaslanan bonus sistemi.
Müraciət qaydası:
Tələblərə tam cavab verirsinizsə, CV-nizi mövzu (subject) hissəsinə mütləq “Məhsul Meneceri” yazaraq elektron poçt ünvanımıza göndərə bilərsiniz.
Müraciət üçün əlaqə vasitəsi: