Soruş, öyrən, paylaş!
İŞ ELANI 11.08.2026

İnsan Resursları üzrə mütəxəssis tələb olunur

Grand Hayat Management MMC
Bakı Full time
Nə vaxt yerləşdirilib
11/08/2026
Əmək haqqı
1127
İş təcrübəsi
3-5 il
Cins
Xanım, Bəy
Təhsil
Ali

İş haqqında ətraflı

Vakansiya Elanı: İnsan Resursları Üzrə Mütəxəssis Şirkət: Grand Hayat Management MMC Vəzifə: İnsan Resursları üzrə Mütəxəssis İş yeri: Tbilisi prospekti, Grand Hayat Vəzifə Öhdəlikləri: – AR Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq kadr kargüzarlığı proseslərinin (işə qəbul, xitam, vəzifə dəyişikliyi, həvəsləndirmə və sair) icra edilməsi – Əmək kitabçalarının elektron qaydada aparılması və məlumatların mütəmadi yenilənməsi – İşçilərin şəxsi işlərinin formalaşdırılması, qeydiyyatının aparılması və müvafiq qaydada arxivləşdirilməsi – Şirkət daxilində işçilərin günlük işdən azad olunma və icazə sənədlərinin qeydiyyatının aparılması – Daxili əmrlərin hazırlanması, rəsmiləşdirilməsi, imzalanmaya təqdim olunması və ardıcıl nömrələnməsinin təmin edilməsi – İnsan resurslarının idarə edilməsi istiqamətində daxili siyasət və prosedurların hazırlanmasında, həmçinin struktur bölmələrlə razılaşdırılmasında iştirak – Əməkdaşların məzuniyyət qrafiklərinin izlənməsi, qalıq məzuniyyətlərin aylıq hesabatı, məzuniyyət əmrlərinin yazılması və uçotun dəqiqliyinə nəzarət – Xəstəlik vərəqələrinin yoxlanılaraq sistemə daxil edilməsi və sosial məzuniyyətlərin rəsmi qaydada rəsmiləşdirilməsi – Ayın sonunda işçilərin iş saatı və davamiyyət göstəricilərini əks etdirən tabelin tərtib olunaraq mühasibatlığa vaxtında təhvil verilməsi – Ezamiyyət, məzuniyyət, xəstəlik və digər kadr əmrlərinin xüsusi proqramda qeydiyyatının təmin edilməsi – Struktur rəhbərlərindən aylıq qrafiklərin toplanılması və iş vaxtının uçotunun aparılmasına dəstək göstərilməsi – Namizədlərin seçimi və işə qəbul müsahibələrində, eləcə də ilkin sənədləşmə prosesində yaxından iştirak – Birbaşa rəhbərlik tərəfindən verilən, vəzifə təlimatına uyğun digər operativ tapşırıqların icra edilməsi Namizədə Qoyulan Tələblər: – Təhsil: Ali təhsil – İş təcrübəsi: İnsan resursları (HR) sahəsində minimum 3 illik peşəkar təcrübə – Qanunvericilik: Azərbaycan Respublikası Əmək Məcəlləsini mükəmməl səviyyədə bilmək – Portallar: ƏMAS, e-gov və digər dövlət elektron xidmət platformaları ilə sərbəst işləmək bacarığı – Sahə bilikləri: Kadr kargüzarlığının incəlikləri və təşkil olunması qaydaları – ERP proqramları: Logix proqramında işləmək təcrübəsi – Proqram bilikləri: MS Excel proqramını yüksək səviyyədə bilmək – Şəxsi keyfiyyətlər: Operativlik, yüksək məsuliyyət hissi və nəticəyönümlü iş tərzi İş Şərtləri və İmtiyazlar: – İş qrafiki: 6 günlük iş həftəsi (Şənbə günü qısa iş rejimi) – İş saatları: 09:00 – 17:30 – Korporativ imtiyazlar: Danışıq üçün nömrə (mobil rabitə) ilə təmin olunma – Əmək haqqı: Start aylıq məvacib 1127 AZN (Gross) təşkil edir – Rəsmiləşdirmə: AR Əmək Məcəlləsinin normativlərinə uyğun olaraq tam rəsmi qeydiyyat Müraciət Qaydaları: Tələblərə cavab verən şəxslərdən CV sənədlərini məktubun mövzu (subject) hissəsinə mütləq "İnsan Resursları üzrə mütəxəssis" qeyd edərək [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur. Diqqət Edilməli Məqamlar: Yalnız vakansiyanın şərtlərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq. Yalnız qeyd olunan rəsmi e-poçt ünvanına daxil olan müraciətlər dəyərləndiriləcək. Telefon zəngi vasitəsilə müraciət etmək qəti qadağandır və zənglər cavablandırılmır. Vakansiya tam iş günü üçün nəzərdə tutulduğundan, tələbələr və part-time iş axtaranların müraciət etməməsi xahiş olunur.
Müraciət üçün əlaqə vasitəsi:
[email protected]
66 Baxış
|
WhatsApp Telegram Facebook
👤 SorBot @sorbot

Daha Çox İş Elanları

Yeni Paylaşım
Sual Ver
Elan Paylaş