İŞ ELANI
11.08.2026
Helpdesk tələb olunur
Rəqəmsal Səhiyyə Mərkəzi PHŞ
Bakı
Full time
Nə vaxt yerləşdirilib
11/08/2026
Əmək haqqı
530
İş təcrübəsi
1-3 il
Cins
Xanım, Bəy
Təhsil
Ali
Yaş həddi
25 - 45
İş haqqında ətraflı
Vakansiya Elanı: Helpdesk Mütəxəssisi
Şirkət: Rəqəmsal Səhiyyə Mərkəzi PHŞ
Vəzifə: Helpdesk / İT Dəstək Mütəxəssisi
İş yeri: Bakı şəhəri, akademik M. Mirqasımov küçəsi 1A
Vəzifə Öhdəlikləri:
– NTİS və müxtəlif tibbi informasiya sistemlərinin gündəlik əməliyyat proseslərində yaxından iştirak etmək
– Proqram təminatı ilə bağlı qarşılaşdıqları texniki və funksional çətinliklərdə daxili istifadəçilərə dəstək olmaq
– Səhiyyə proseslərinin rəqəmsal sistemdə düzgün və səhvsiz əks olunmasına nəzarət etmək
– İstifadəçi müraciətlərini, şikayət və problemləri vaxtında qəbul edərək operativ şəkildə aradan qaldırmaq
– Həlli vaxt tələb edən mürəkkəb texniki nasazlıqları müvafiq şöbələrə və aidiyyəti qurumlara yönləndirmək
– Məlumat bazasına daxil edilən informasiyaların doğruluğunu yoxlamaq və onların düzgün istifadəsinə nəzarət etmək
Namizədə Qoyulan Tələblər:
– Təhsil: Ali təhsil
– İş təcrübəsi: Müvafiq sahə üzrə 1 ildən 3 ilə qədər iş təcrübəsi
– Cins: Bəy və ya xanım namizədlər
– Yaş aralığı: 20 – 45 yaş
– İT bilikləri: Kompüter texnologiyaları və İT sistemləri üzrə təməl biliklər
– Proqram təminatı: MS Office (xüsusilə Word və Excel) proqramlarında səlis işləmək bacarığı
– Sektor bilgisi: Xəstəxana və tibbi informasiya sistemləri (HIS/EMR) haqqında ilkin anlayış
– Proses bilgisi: Ambulator, stasionar, qəbul və xəstə çıxışı kimi əsas tibbi iş axınları barədə məlumatlı olmaq
– Şəxsi keyfiyyətlər: Güclü komanda ruhu, intensiv və gərgin rejimdə işləmək bacarığı, operativlik, məsuliyyət, diqqətlilik və yenilikləri öyrənməyə həvəsli olmaq
İş Şərtləri və Qrafik:
– İş rejimi: 5 günlük iş həftəsi (Bazar ertəsi – Cümə)
– İş saatları: 09:00 – 18:00
– Əmək haqqı: Start məvacib 530 AZN
– Rəsmiləşdirmə: AR Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq tam rəsmi qeydiyyat
Müraciət Qaydaları:
Şərtləri ödəyən namizədlərdən CV sənədlərini e-poçt məktubunun mövzu (subject) hissəsinə mütləq "Helpdesk" yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.
Diqqət Edilməli Məqamlar:
Yalnız vakansiya şərtlərinə tam cavab verən şəxslərlə əlaqə saxlanılacaq.
Yalnız qeyd olunan rəsmi elektron poçt ünvanına daxil olan müraciətlər nəzərdən keçiriləcək.
Telefon zəngi vasitəsilə əlaqə saxlamaq və müraciət etmək qəti qadağandır.
Vakansiya tam iş günü üçün nəzərdə tutulduğundan, tələbələr və part-time (yarımştat) iş axtaranlar müraciət etməməlidirlər.
Müraciət üçün əlaqə vasitəsi: