İŞ ELANI
21.08.2026
Gəlmə turizm üzrə menecer tələb olunur
Turalux Holidays
Bakı
Full time
Nə vaxt yerləşdirilib
21/08/2026
Əmək haqqı
500 - 800
İş təcrübəsi
Vacib deyil
Cins
Fərq etmir
Təhsil
Ali
Yaş həddi
23 - 35
İş haqqında ətraflı
Turizm sektorunda addımlamaq istəyən, lakin təcrübəsi olmayan namizədlər üçün əla fürsət! “Turaux” şirkəti sıfırdan peşəkar öyrədilməklə yanaşı, gələcəkdə uğurlu karyera qurmaq istəyən gənclər üçün Gəlmə Turizm üzrə Menecer (Incoming Manager) hazırlıq proqramı ilə birlikdə iş elan edir!
💼 Şirkət Tərəfindən Təmin Olunur:
* İşin öyrədilməsi: Peşəkar komanda tərəfindən bütün iş prosesi sıfırdan tam olaraq öyrədilir (1 aylıq təcrübi öyrənmə müddəti)
* Əməkhaqqı: 500 – 800 AZN + əlavə bonuslar
* İş rejimi: Həftənin 6 günü (10:00 – 19:00; Bazar günü – istirahət)
📋 Tədris Olunacaq və Görüləcək İşlər:
* Fərdi və qrup turlarının planlaşdırılması, daxili turların professional şəkildə hazırlanması
* Yerli və xarici tərəfdaşlarla işgüzar əlaqələrin qurulması, yazışmaların aparılması
* Müştərilərdən daxil olan müraciətlərin operativ və vaxtında cavablandırılması
* Sosial şəbəkə hesabları və elektron poçt üzərindən gələn sorğuların idarə olunması
* Həftəlik və aylıq satış hesabatlarının hazırlanaraq rəhbərliyə təqdim edilməsi
🎯 Namizədə Qoyulan Tələblər:
* Təhsil: Ali təhsil
* İş təcrübəsi: Tələb olunmur (iş tam öyrədilir)
* Yaş həddi: 23 – 35 yaş aralığı
* Dil bilikləri: İngilis dilini mütləq şəkildə bilmək
* Texniki biliklər: MS Office proqramlarında (Word, Excel) və MS Outlook-da sərbəst işləmək bacarığı
* Şəxsi və peşəkar keyfiyyətlər:
* Yeni biliklərə tez adaptasiya olmaq və sərbəst araşdırma aparmaq qabiliyyəti
* Komanda daxilində səmərəli işləmək, asan ünsiyyət qurmaq bacarığı
* Yüksək məsuliyyət, diqqətlilik, düzgünlük və işə ciddi yanaşma tərzi
📩 Müraciət Etmə Qaydası:
Göstərilən meyarlara cavab verən və bu sahədə inkişaf etmək istəyən namizədlər öz müraciətlərini təqdim edə bilərlər:
* Elektron poçt ünvanı: [email protected] (Məktubun mövzu / subject hissəsinə mütləq şəkildə “Gəlmə turizm üzrə Menecer” yazılması xahiş olunur)
Diqqət: Müraciət edən namizədlərin şəkilli CV ilə müraciət etmələri mütləqdir. Yalnız ciddi və məsuliyyətli şəxslərin müraciətlərinə baxılacaqdır.
Müraciət üçün əlaqə vasitəsi: