İŞ ELANI
03.09.2026
Fəhlə (Xırdalan) tələb olunur
Muxtaroglu-VM MMC
Bakı
Full time
Nə vaxt yerləşdirilib
03/09/2026
Əmək haqqı
700
İş təcrübəsi
1 ildən az
Cins
Bəy
Təhsil
Orta
Yaş həddi
20 - 30
İş haqqında ətraflı
Fəhlə / Anbar işçisi
Xırdalanda fəaliyyət göstərən şirkətimizə anbar və yükləmə-boşaltma işlərinin həyata keçirilməsi üçün məsuliyyətli və fiziki cəhətdən çevik əməkdaş axtarılır.
İş şərtləri
- İş qrafiki: həftədə 6 iş günü;
- İş saatları: 09:00–18:00;
- Bazar günü – istirahət;
- İş yeri: Xırdalan;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Xaricdən məhsul daxil olduğu günlərdə ay ərzində təxminən 2–3 dəfə iş saatı 22:00–23:00-dək uzana bilər.
Vəzifə öhdəlikləri
- Anbara daxil olan məhsulların qəbulunda və boşaldılmasında iştirak etmək;
- Yüklərin əl ilə və ya əl arabası vasitəsilə daşınmasını həyata keçirmək;
- Məhsulların anbar daxilində düzgün yerləşdirilməsi və nəqliyyat vasitələrinə yüklənməsinə kömək etmək;
- Malların yüklənməsi və boşaldılması zamanı təhlükəsizlik və səliqə qaydalarına riayət etmək;
- Anbardarın və rəhbərliyin verdiyi gündəlik tapşırıqları vaxtında yerinə yetirmək;
- Anbar ərazisində nizam-intizamın qorunmasına dəstək olmaq.
Namizədə tələblər
- Yaş: 20–30;
- Fiziki iş təcrübəsinin olması;
- Fiziki cəhətdən sağlam və ağır işlərə uyğun olmaq;
- İşə məsuliyyətli və intizamlı yanaşmaq;
- Kollektiv daxilində işləməyi bacarmaq;
- Verilən tapşırıqları düzgün və vaxtında icra etmək;
- Çevik və işgüzar olmaq.
Xırdalan və ətraf ərazilərdə yaşayan namizədlərə üstünlük veriləcək: Masazır, Sulutəpə, Sumqayıt və yaxın ərazilər.
Müraciət qaydası
Şəkilli CV-nizi [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
E-poçtun mövzu hissəsində “Fəhlə” qeyd edilməlidir.
Müraciət üçün əlaqə vasitəsi: