E-sosial az işsiz kimi qeydiyyatdan keçmək üçün addım-addım nə etməli?
Əyani oxuyan tələbələrə və pensiyaçılara işsiz statusu verilmir.
İmtina gələrsə sebebini şəxsi kabinetdə bildiriş kimi yazırlar.
Adınızda aktiv VÖEN, mülkiyyət torpaq payı və ya MMC təsisçiliyi varsa dərhal imtina gələcək.
Köhnə iş yeriniz əmək müqavilənizi sistemdə xitam etməyibsə əvvəlcə onu bağlatdırın.
e-sosial.az saytına daxil olub Məşğulluq bölməsinə keçirsiniz.
İşaxtaran və işsiz kimi qeydiyyata alınma xidmətini seçib formanı doldurursunuz.
Ərizəyə 5 iş günü ərzində Məşğulluq Agentliyi tərəfindən baxılıb cavab verilir.
Telefonunuza SMS gələcək ki qeydiyyatınız təsdiq olundu.