İŞ ELANI
01.09.2026
Çilingər tələb olunur
SQS Group MMC
Bakı
Full time
Nə vaxt yerləşdirilib
01/09/2026
Əmək haqqı
800 - 1000
İş təcrübəsi
1-3 il
Cins
Bəy
Təhsil
Vacib deyil
Yaş həddi
25 - 50
İş haqqında ətraflı
Bakı şəhəri ilə yanaşı regionlarda və dəniz şəraitində mexaniki avadanlıqların sazlığının qorunması, eləcə də texniki təmir işlərinin həyata keçirilməsi üçün təcrübəli və səyyar iş rejiminə hazır olan Mexanik axtarırıq.
Görəcəyiniz əsas işlər:
* Mexaniki avadanlıqlara mütəmadi texniki baxışın keçirilməsi, yaranan nasazlıqların vaxtında aşkarlanması və aradan qaldırılması;
* Qurğuların fasiləsiz, təhlükəsiz və səmərəli şəkildə işləməsinin təmin edilməsi;
* Sahə üzrə rəhbərliyin verdiyi digər texniki tapşırıqların operativ şəkildə icra olunması.
Sizdən nə gözləyirik?
* Cins: Yalnız kişi namizədlər;
* Texniki biliklər: Elektrik və mexanika sahələrində nəzəri və praktiki biliklər;
* Sürücülük: B və ya B, C kateqoriyalı sürücülük vəsiqəsi;
* Ezamiyyət: Rayonlara və dəniz şəraitinə səfər etməkdə heç bir məhdudiyyətin olmaması;
* Şəxsi keyfiyyətlər: Yüksək məsuliyyət, intizam və operativlik.
İş şəraiti və təminatlar:
* İş qrafiki: Həftənin 6 günü (09:00 – 18:00);
* İş yeri: Bakı şəhəri, regionlar və dəniz şəraiti;
* Rəsmiləşmə: AR Əmək Məcəlləsinə uyğun tam rəsmi əmək müqaviləsi;
* Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə əsasən 800 – 1000 AZN aralığında dəyişir.
Müraciət qaydası:
Şərtlər sizin üçün uyğundursa, CV-nizi [email protected] elektron poçt ünvanına göndərərək müraciət edə bilərsiniz. Uğurlar!
Müraciət üçün əlaqə vasitəsi: