İŞ ELANI
07.09.2026
B2B satış təmsilçisi tələb olunur
Novator HRC
Bakı
Full time
Nə vaxt yerləşdirilib
07/09/2026
Əmək haqqı
950
İş təcrübəsi
1-3 il
Cins
Fərq etmir
Təhsil
Ali
Yaş həddi
23 +
İş haqqında ətraflı
Novator HRC təmizlik vasitələri, dezinfeksiya məhsulları və peşəkar təmizləmə avadanlıqlarının satışını genişləndirmək məqsədilə korporativ mühitdə (B2B) fəaliyyət göstərəcək enerjili və nəticəyönümlü B2B Satış Təmsilçisi axtarır (Restoranlar, kafelər və müxtəlif ofislər əsas hədəf müştəri qrupudur; mövcud stabil portfelle yanaşı, yeni müştərilərin cəlb edilməsi tələb olunur).
Görəcəyiniz əsas işlər:
* Şirkətin məhsullarının korporativ müştərilərə səlis təqdimatı və birbaşa satışının həyata keçirilməsi;
* Gündəlik müştəri səfərlərinin planlı şəkildə təşkili, sifarişlərin toplanması və CRM sistemində operativ qeydiyyatı;
* Mövcud tərəfdaşlarla əlaqələrin gücləndirilməsi, yeni müştərilərin portfelə əlavə olunması və satış hədəflərinə uyğun hesabatların hazırlanması.
Sizdən nə gözləyirik?
* Təhsil: Ali təhsil;
* Təcrübə: B2B və ya birbaşa satış sahəsində minimum 1 il iş təcrübəsi (Qeyd: Tələbələr və part-time iş axtaranlar üçün uyğun deyil);
* Zəruri tələblər: Şəxsi avtomobil və sürücülük vəsiqəsi;
* Dil bilikləri: Azərbaycan dilində sərbəst ünsiyyət (rus dili arzuolunandır);
* Şəxsi keyfiyyətlər: Yüksək kommunikasiya və təqdimat bacarığı, nizam-intizam, məsuliyyətlilik və öyrənməyə həvəsli olmaq.
İş şəraiti və təminatlar:
* Əməkhaqqı və bonus: Sabit 950 AZN (vergilər daxil) + yüksək nəticələrə əsaslanan 300 – 2700 AZN aralığında bonus sistemi;
* Əlavə təminatlar: Gündəlik yanacaq xərclərinin qarşılanması, şirkət tərəfindən mütəmadi məhsul və satış təlimləri, həmçinin real karyera yüksəlişi imkanı;
* İş qrafiki: Həftənin 6 günü (1 gün istirahət).
Müraciət qaydası:
Tələblərə tam cavab verirsinizsə, CV-nizi məktubun mövzu (subject) hissəsinə mütləq “B2B Satış Təmsilçisi” yazaraq [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.
⚠️ Vacib qeyd: Zəng edərək müraciət etmək qəti qadağandır; yalnız göstərilən e-poçt ünvanına CV təqdim edən və şərtləri ödəyən namizədlərlə əlaqə saxlanılacaq. Uğurlar!
Müraciət üçün əlaqə vasitəsi: