Azərbaycan dili qrammatikasını imtahan üçün asan öyrənməyin yolları nələrdir?
Qrammatikanı öyrənərkən qaydaları quru əzbərləməyin, hər qaydaya aid ən azı 3 fərqli cümlə nümunəsi yazın.
Orfoqrafiya və orfoepiya lüğətinin son nəşrinə uyğun qaydaları öyrənmək vacibdir, çünki bəzi qaydalar yenilənib.
Uğurlar arzulaayıram imtahanda.
İstisna halları xüsusi rəngli qeyd dəftərinə yazın və hər həftə sonu yalnız o istisnaları təkrar edin.
Vaxtı düzgün bölüşdürərək hər gün 1 mövzu və 50 test işləyin.
Test işləyərkən səhv etdiyiniz sualları kəsib dəftərə yapışdırın və izahını qarşısına yazın.
Müəllimlə və ya yoldaşlarınızla mürəkkəb sualları müzakirə etmək bilikləri daha da möhkəmləndirir.
Söz yaradıcılığı və fonetika bölmələrində sxemlər və cədvəllərdən istifadə etmək vizual yaddaşı gücləndirir.
Mürəkkəb cümlə növünü müəyyən edərkən bağlayıcıları və xəbərin şəkilçisini tapmaq işi xeyli asanlaşdırır.
Mən Dövlət Qulluğu imtahanına hazırlaşanda sırf sxemlərlə oxudum və 28 bal topladım.
DİM-in son 10 ilin qəbul və sınaq suallarını mövzular üzrə işləmək test məntiqini tutmağa kömək edir.
Mütəmadi təkrar olunmayan qrammatik bilgi 2 həftəyə unudulur.
Səbirli olun, Azərbaycan dili qrammatikası məntiqlidir və sistemlidir.
Cümlə üzvlərini təhlil edərkən əvvəlcə xəbəri, sonra mübtədanı tapmaq qızıl qaydadır.