İŞ ELANI
24.08.2026
Anbardar (bəy) tələb olunur
AAC MMC
Bakı
Full time
Nə vaxt yerləşdirilib
24/08/2026
Əmək haqqı
700 - 800
İş təcrübəsi
1-3 il
Cins
Bəy
Təhsil
Orta
Yaş həddi
25 - 40
İş haqqında ətraflı
Ölkənin tanınmış istehsalat müəssisələrindən biri olan “AAC MMC” (Gobustone) anbar təsərrüfatı üzrə idarəetmə və nəzarət proseslərini həyata keçirəcək təcrübəli bəy namizədlər üçün Anbardar vakansiyasını elan edir!
💼 Şirkət Tərəfindən Təmin Olunur:
* Başlanğıc əməkhaqqı: 700 – 800 AZN (müsahibə zamanı namizədin real bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
* Sosial paket: Nahar və servis xidməti şirkət tərəfindən tam qarşılanır
* Rəsmiləşdirmə: Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə uyğun tam rəsmi qeydiyyat
* İş qrafiki: Növbəli iş rejimi (gecə növbələri daxil olmaqla)
* İş yeri: Səngəçal qəsəbəsi
📋 Əsas Vəzifə və Öhdəliklər:
* Növbə ərzində istehsalatdan çıxan hazır məhsulların qəbul edilməsi və müvafiq aktların tərtib olunması
* Qəbul edilən məhsulların anbarda standartlara uyğun şəkildə dəqiq stoklanmasının təşkili və baş anbardarın məlumatlandırılması
* Gələn sifarişlərə uyğun olaraq hazır məhsulların nəqliyyat vasitələrinə yüklənməsinə nəzarət və təşkil edilməsi
* Yüklənən malların adının, miqdarının və sifariş sənədlərinə uyğunluğunun yoxlanılması
* Növbə ərzində aparılan əməliyyatların və məhsul hərəkətinin uçotunun aparılması
* İstehsalat növbə rəisi ilə birgə təhvil-təslim aktının hazırlanaraq baş anbardara təqdim olunması
* Anbarda fəaliyyət göstərən avtokar operatorlarının işinə operativ nəzarət edilməsi
* Xammal, hazır məhsul və materialların qorunması, təhlükəsiz saxlanılması və anbar sahəsindən səmərəli istifadənin təmin edilməsi
* İş prosesində təhlükəsizlik texnikası, daxili intizam və əməyin mühafizəsi qaydalarına ciddi riayət olunması
🎯 Namizədə Qoyulan Tələblər:
* Cins və Yaş: Yalnız bəy namizədlər; 25 – 40 yaş aralığı
* Təhsil və Təcrübə: Orta təhsil; anbar və ya logistika sahəsində minimum 1 il iş stajı
* Texniki və kompüter bilikləri: MS Office (Excel, Word) proqramlarında və Uyumsoft sistemində sərbəst işləmək bacarığı
* Dil bilikləri: Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus dilini bilmək əlavə üstünlükdür)
* Şəxsi və peşəkar keyfiyyətlər:
* Komanda daxilində səmərəli işləmək bacarığı
* İşə qarşı yüksək məsuliyyət, diqqətlilik, nizam-intizam və operativ yanaşma
* Vacib qeyd: İş qrafiki növbəli və tam ştat üçün nəzərdə tutulduğundan, tələbələr və part-time (yarımştat) iş axtaranlar üçün uyğun deyil.
📩 Müraciət Etmə Qaydası:
Göstərilən şərtlərə cavab verən və bu vakansiyada işləmək istəyən namizədlər sənədlərini təqdim edə bilərlər:
* Elektron poçt ünvanı: [email protected] (Məktubun mövzu / subject hissəsinə mütləq şəkildə “Anbardar” yazılması xahiş olunur)
Diqqət: Zəng vasitəsilə müraciətlər qəbul olunmur. Yalnız qeyd olunan e-poçt ünvanına göndərilən və vakansiya tələblərinə uyğun gələn CV-lər dəyərləndiriləcəkdir.
Müraciət üçün əlaqə vasitəsi: