Abituriyentin topladığı bal keçid balından az olduqda ödənişli ixtisaslara qəbul olmaq şansı varmı?
Ödənişli yerlərdə keçid balları adətən pulsuz yerlərə baxanda daha çox dəyişir. Bəzən 20-30 bal belə enmə müşahid olunur.
Ümidinizi üzməyin, DİM-in elan edəcəyi son keçid balları jurnalını gözləyin.
Amma DİM-in müəyyən etdiyi MINIMUM MÜSABİQƏ HƏDDİ var (məsələn I qrupda 159 bal). Əgər sizin balınız bu minimum həddən aşağıdırsa, ixtisas seçiminə buraxılmırsınız.
Ödənişli ixtisasların plan yerləri dolmayanda II tura qalır və orada ballar bir az da aşağı düşə bilər.
Keçən ilin keçid balı nisbi rəqəmdir. Hər il abituriyentlərin nəticələrinə görə keçid balı yenidən formalaşır. Əgər bu il həmin ixtisasa müraciət edənlərin balı aşağı olsa, keçid balı da aşağı düşəcək və siz daxil ola biləcəksiniz.
Keçən il mənim dostum 320 balla yazdı, keçən ilki keçid balı 335 idi. Şansı gətirdi ki o il uşaqlar az yazmışdı və 318 balla qəbul oldu.
Əgər balınız minimum həddən yuxarıdırsa, amma keçən ilki keçid balından azdırsa, mütləq şansınızı yoxlayın və ərizənizdə həmin ixtisası yazın.
Risk etməkdən qorxmayın, amma ilk 5 sıraya arzuladığınız yeri, sonrakı sıralara isə balınızın tam çatdığı zəmanətli yerləri yazın.