Yaşa görə pensiya məbləği hansı qaydada hesablanır və nə qədər verilir?
Atanızın rəsmi maaşı yüksək olubsa pensiyası da qəşəng olacaq. Amma minimum maaşla işləyibsə minimum pensiya verəcəklər.
Mən özüm mühasib işləyirəm, sizə aydın dildə deyim. 2006-cı ildən bəri toplanan bütün pensiya kapitalını toplayıb bölürlər 144 aya.
Sənədləri toplamağa ehtiyac yoxdur, hər şey sistemdə özü görünür.
e-sosial portalında pensiya kalkulyatoru var. FİN kodu yazırsan özü təxmini məbləği çıxarır.
İnflyasiyaya görə hər ilin başında pensiyaların üstünə faiz gəlir.
Pensiyaya çıxandan sonra işləməyə davam eləsə hər 6 aydan bir pensiyasının üstünə pul gələcək.
Mənim əmim də keçən il çıxdı, dedilər kapitalın azdır amma minimum pensiya verdilər heç kim pulsuz qalmır.