Xarici dildə danışarkən utanma və çətinlik çəkmə hissini necə aradan qaldırmaq olar?
Mən də əvvəl çox utanırdım, bir dəfə xarici turistə yol göstərəndən sonra anladım ki, heç kim səhvimə gülmür.
Derin nəfəs alın və tələsmədən, yavaş sürətlə danışın.
Qarşı tərəfdən cümlənizi düzəltməsini xahiş edə bilərsiniz, bu öyrənməyə kömək edir.
Öz-özünüzlə evdə ucadan danışın, bu səsinizin o dildə çıxmasına vərdiş yaradır.
Həyəcan zamanla tamamilə yox olacaq.
Özünüzə inanın, siz artıq ikinci bir dili öyrənməyə cəhd edirsiniz.
Danışarkən beyninizdə özünüzü mühakimə etməyi dayandırın.
Kiçik qruplarda və səmimi mühitdə speaking dərslərinə qatılın.
Anlayın ki, xarici dildə səhv etmək tamamilə təbii və normaldır. Dil daşıyıcıları sizin səhvlərinizə yox, nə demək istədiyinizə baxırlar.
Nə qədər çox praktika etsəniz, həyəcan bir o qədər azalacaq.
Danışarkən ideal qrammatika haqqında düşünməyin, əsas məqsəd fikrin qarşı tərəfə çatmasıdır.
Səhvlərinizi gülüşlə qarşılayın, kompleksə düşməyin.
Özünüzdən zəif və ya eyni səviyyədə olan insanlarla danışmağa başlayın, bu sizi daha rahat hiss etdirəcək.
Səhv etmək qorxusunu yenməyin yeganə yolu TƏKRAR-TƏKRAR DANIŞMAQDIR. Qorxunun üzərinə gedin.