Telegram kanalı açaraq pul qazanmaq və reklam satmaq yolları?
Kanalı böyütmək üçün ilk başda başqa kanallarla qarşılıqlı piar (PR) etmək və ya sosial şəbəkələrdən hədəf kütlə gətirmək lazımdır.
Telegram kanallarından pul qazanmaq çox reallıqdır. Ən gəlirli mövzular vakansiyalar, xəbərlər, kriptovalyuta və IT mövzularıdır.
Telemetr və TGStat saytlarında kanalınızı qeydiyyatdan keçirin ki reklamverənlər statistikanızı görüb sizə müraciət etsinlər.
İşinizə davamlı diqqət yetirin.
İzləyici sayı 3000-dən yuxarı keçdikdə başqa kanal sahibləri və xidmət göstərənlər sizə reklam üçün yazmağa başlayacaq.
Telegram biznes üçün çox rahat platformadır.
Reklam qiymətini postun baxış sayına (ERR göstəricisinə) görə təyin edirlər. Ortalama 1000 baxış üçün 10-20 manat arası dəyişir.
Kanalın mövzusuna uyğun hədəf kütlə toplayın.
Faydalı və unikal məlumatlar paylaşdıqda istifadəçilər postları öz tanışlarına göndərir və kanal təbii böyüyür.
Kanalın menyu hissəsində əlaqə üçün menecer istifadəçi adını mütləq qeyd edin.
Müntəzəm olaraq hər gün post paylaşmaq vacibdir.
Mənim vakansiya kanalım var, günə 2 reklam postu yerləşdirirəm və aylıq sabit gəlirim formalaşıb.
Telegram Ads rəsmi reklam platforması da var, kanalınız böyüdükdə TON kriptovalyutası ilə baxış sayına görə avtomatik gəlir alırsınız.
İzləyiciləri bezdirməmək üçün üst-üstə çoxlu reklam paylaşmayın, kontentin keyfiyyətini qoruyun.
Spam və ya keyfiyyətsiz fayllar paylaşmayın.