Tehsil kreditleri (TTKF) kimlere verilir ve sertleri necedir?
Müraciət tarixlərini qaçırmayın (adətən semestr başlanğıcında olur).
Ən böyük üstünlüyü: Təhsil aldığınız müddətdə və məzun olduqdan sonra 1 il ərzində HEÇ BİR ÖDƏNİŞ ETMİRSİNİZ.
Mən 2-ci kursdan TTKF krediti götürmüşəm, təhsil haqqımı birbaşa universitetin hesabına köçürürlər.
Uğurlar bütün tələbələrimizə!
Əgər təhsil ərzində bütün qiymətləriniz "Əla" (91+) olsa, kreditin faizlərinə 100% güzəşt edilir!
Zamin və ya girov tələb olunmur, dövlət zəmanəti ilə verilir.
Sosial kredit həssas qrupdan olan (valideynini itirmiş, əlilliyi olan, ünvanlı sosial yardım alan və s.) tələbələrə şamil edilir.
Standart kredit almaq üçün isə bakalavriatda ÜOMG (ortalamanız) minimum 71+ bal olmalıdır və təhsil haqqı ödənişli əsaslarla olmalıdır.
Geri ödəniş yalnız işə düzəldikdən sonra başlanır və 10 il müddətinə hissə-hissə ödənilir.
Müraciət e-ttkf.edu.az saytı üzərindən tamamilə onlayn aparılır.
Ödənişli oxuyan tələbələr üçün misilsiz bir dəstək layihəsidir.
Bütöv şərtlər TTKF-nin rəsmi saytında ətraflı yazılıb.
Tələbəyə çox böyük arxadır bu fond.
TTKF kreditləri 2 cür olur: 1. Sosial Təhsil Krediti (illik 2%), 2. Standart Təhsil Krediti (illik 6%).