Optimal-dan kreditle kondisioner alanda qurasdirilma pulsuz edilir?
Əgər divar qalındırsa və əlavə deşik açılmalıdırsa ona pul istəmirlər, amma əlavə material işlənsə alacaqlar.
Kronşteyn (divardan asılan demir) adətən qutuda olmur, ona görə 15 manat usta alacaq. Mütləq öncədən al qoy evə.
Zəmanət pozulmasın deyə məcbur servisin ustasına quraşdırtmalısan.
Bizdə heç nə istəmədilər, 2 metr boru tam bəs elədi.
Hazır ol ki 20-30 manat xırda xərcin çıxa bilər.
Usta gələndə özün yanında dur, imkan vermə lüzumsuz шейlər yazsın fakturaya.
Kondisioneri alanda soruş boru neçə metrdir içində.
Yüksək mərtəbədə yaşayırsansa və kənardan asmaq çətindirsə əlavə təhlükəsizlik haqqı istəyə bilərlər.
Xayırlı olsun, sərinlikdə oturarsınız.
Usta gəlməmişdən öncə zəng edib məkan haqqında soruşur.
Satıcı düz deyir, ustanın iş pulu pulsuzdur. Amma qutudan çıxan boru 2 metrdən artıq lazımdırsa hər metrə görə 15-20 manat alacaqlar.