Kontakt Home-da noutbukları tələbə bileti və daxili kreditlə almaq sərfəlidir?
Daxili kredit şərtləri biraz ağırdır.
Taksit kartı ilə alanda təmiz faizsiz bölürlər, daxili kreditdə isə üzərinə faiz gəlir.
Hər il tələbə bileti ilə nağd alışda bəzən 5-10% endirim edirlər, amma kredit şərtini dəyişmir.
Tələbənin rəsmi iş yeri yoxdursa daxili kredit vermirlər, gərək valideynlərdən biri zamin dursun.
Sentyabr ayında xüsusi kampaniyalar olur, onda çantası və siçanı da hədiyyə verirlər.
Noutbuk parametri üçün SSD ölçüsünə fikir verin, ən azı 512 GB olsun.
Lenovo modelləri qiymət və keyfiyyət nisbətinə görə tələbə üçün ən yaxşısıdır.
Taksit kartı ən yaxşı yoldur.
Keçən il noutbuk aldıq, atasının adına rəsmiləşdirdik 18 aya böldülər.
Təhsilinizdə uğurlar, noutbuk çox vacib şeydir.
Satış məsləhətçisi ilə danışın, bəzən daxili sistemdə xüsusi güzəştlər açılır.
İmkanınız varsa mütləq Birbank və ya Tamkartla alın. Daxili kreditdə faiz və komissiya bir az baha oturur.