Kontakt Home-da iPhone alanda köhnə modeli təhvil verib yenisini almaq olur?
Tap.az-da özün satsan bəlkə 50-70 manat baha satarsan amma vaxt itirəcəksən.
ICloud hesabını çıxarmağı unutmayın.
Bəli, iPhone modellərində keçərlidir.
Telefonun ekranı dəyişməyibsə və korpusda dərin cızıqlar yoxdursa yaxşı qiymət verirlər.
Xüsusi proqramla yerindəcə batareya faizini, kameranı və platasını yoxlayıb qiymət çıxarırlar.
Aradakı fərqi nağd ödəyə bilərsən və ya taksit kartı ilə aylara bölə bilərsən.
Trade-in var amma telefonu bazar qiymətindən bir az aşağı qiymətləndirirlər, bunu nəzərə alın.
Yerində yoxlatmaq ən yaxşısıdır.
Şəxsi məlumatları silməyə də kömək edirlər yerində.
Mən iPhone 12 verib üstündə fərqi ödəyib iPhone 14 aldım, cəmi 20 dəqiqə çəkdi.
Köhnə telefonun qutusu və zavod kabeli varsa qiyməti daha baha hesablayırlar.