Kirayə ev elanları saytlarında (kiraye evler az) ən çox rast gəlinən aldatma üsulları hansılardır?
Evdəki mövcud defektləri öncədən aktlaşdırın ki, çıxanda sizin üzərinizə yıxmasınlar.
Evi görmədən, sənədlərini yoxlamadan heç kimə bir qəpik də onlayn köçürmə etməyin.
Daima soyqqanlı olun və tələsik qərarlar verməyin.
Saytda elan verən şəxsin nömrəsini Google-da axtarın, görərsiniz ki neçə müxtəlif elanı var.
Bəzi maklerlər eyni evin elanını qiymətini düşürərək müxtəlif nömrələrlə yerləşdirirlər.
Etibarlı və tanınmış elan platformalarından istifadə etmək riskləri azaldır.
Üçüncü üsul: Evi göstərmək üçün 'baxış haqqı' adı ilə 10-20 manat pul tələb edirlər, sonra isə lazımsız evləri göstərirlər.
İkinci hiylə: Zəng edəndə deyirlər 'ev sahibinin bəhə ehtiyacı var, karta 50 manat be göndərin evi saxlayım'. Qətiyyən göndərməyin!
Müqavilədə gizli bəndlərə diqqət edin, məsələn 'evdən vaxtından əvvəl çıxsan depozit yanır' şərti.
Evə baxmağa gedəndə mütləq ev sahibindən mənzilin mülkiyyət sənədini (çıxarış/kupça) və şəxsiyyət vəsiqəsini tələb edin.
Dördüncü hal: Ev sahibi adından danışan şəxsin əslində evin kirayəkeşi olması və evi başqasına sub-kirayə vermək istəməsi.
Ən geniş yayılmış aldatma üsulu: Qiyməti çox ucuz qoyub fantastik təmirli şəkillər paylaşırlar.
Şəkillərdə evi böyük göstərmək üçün geniş bucaqlı kameralardan istifadə edirlər, gedəndə görürsən ki balaca qutudur.
Müqavilə bağlamadan ödəniş etsəniz, bir neçə gündən sonra real ev sahibi gəlib sizi evdən çıxara bilər.
Mənzil elanında 'metroya 5 dəqiqə' yazılır, əslində isə maşınla 15 dəqiqəlik yoldur.