Kafe və ya fast-food obyekti açmaq üçün hansı rəsmi icazələr və sənədlər lazımdır?
İlk növbədə VÖEN açmalı və obyektin icarə və ya mülkiyyət sənədini Vergi xidmətində qeydiyyata aldırmalısınız.
AQTA-dan (Qida Təhlükəsizliyi Agentliyi) qida obyektinin qeydiyyata alınması haqqında çıxarış mütləqdir.
Obyektdə çalışan bütün işçilərin tibbi müayinə kartı (sanitar kitabça) olmalıdır.
FHN Pərakəndə satış və iaşə obyektləri üçün yangın təhlükəsizliyi aktı tələb edir.
Kassa aparatı (NKA) və Pos-terminal mütləq quraşdırılmalı və vergi bazasına bağlanmalıdır.
Obyektin çölündə reklam və ya ad lövhəsi vurulacaqsa, Dövlət Reklam Agentliyindən (ADRA) icazə alınmalıdır.
Dezinfeksiya və deratizasiya müqaviləsi bağlanmalı və mütəmadi dərmanlama aparılmalıdır.
Yağ tutucu (yağ ayırıcı) filterlərin havalandırma sisteminə quraşdırılması ekologiya standartları üçün vacibdir.
Zibil daşınması üçün yerli Mənzil Kommunal Təsərrüfatı Birliyi (MKTB) ilə müqavilə olmalıdır.
Əgər spirtli içki satılacaqsa, bunun üçün xüsusi lisenziya ödənişi olunmalıdır.