Gündəlik pul qazanmaq üçün Bakıda hansı onlayn və ya distant işlər var?
Gündəlik ödəniş istəyirsinizsə, kuryerlik tətbiqləri də yaxşı seçimdir. Amma distant istəyirsinizsə mətn yığımı ən uyğunudur.
Ödənişi şərtləşərkən öncədən bildirin ki sizə günlük ödəniş lazımdır.
Kopiraytinq sahəsində də tapşırıq bitən kimi gündəlik ödəniş almaq mümkündür. Məqaləni təhvil verirsiniz və pulunuz karta oturur.
Mən tələbə olarkən axşamlar saytlara məhsul şəkilləri və təsviri yükləyirdim, günün sonunda kartıma ödəniş edirdilər.
Dərs hazırlığı və ya ibtidai sinif şagirdlərinə onlayn köməklik etməklə də günlük gəlir əldə edə bilərsiniz.
Sərbəst qrafikli iş tapmaq üçün Tap.az və digər elan saytlarına hər gün baxın.
Səhifə idarəetməsi işində də sifarişçi ilə razılaşıb ödənişi həftəlik və ya günlük almaq olar.
Gənclər üçün yaxşı təcrübə mənbəyidir.
İnternetdə gündəlik ödənişli işlər az deyil, yetər ki axtarasınız.
İşə başlamazdan öncə tapşırıq həcmini tam dəqiqləşdirin.
Sosial mediada rəy və bəyənmə idarəçiliyi üçün kiçik agentliklər gündəlik 10-15 manat civarında ödəniş verirlər.
Məsuliyyətli olsanız işəgötürən sizə daimi tapşırıq verəcək.
Düzgün vaxt bölgüsü etsəniz dərslərinizə də mane olmaz.
Gündəlik ödəniş olunan işlərdən biri onlayn operatorluq və ya canlı dəstək xidmətidir. Bəzi internet mağazaları günlük ödənişlə işçi götürür.
Telegram kanallarında gündəlik menecer vakansiyaları paylaşılır, oradan axtarmaq lazımdır.