Soruş, öyrən, paylaş!

Ən Çox Verilən Suallar

sor.az platformasından istifadə qaydaları və tez-tez ünvanlanan sualların cavabları

1. sor.az-da sual vermək, cavablamaq və iş elanı yerləşdirmək ödənişlidir?

Xeyir, platformadakı bütün xidmətlərdən (sual vermək, cavab yazmaq və iş elanı paylaşmaq) istifadə tamamilə pulsuzdur.

2. Saytdan istifadə etmək üçün qeydiyyat mütləqdir?

Bəli, platformada keyfiyyəti və təhlükəsizliyi qorumaq məqsədilə sual vermək, cavablandırmaq və elan yerləşdirmək üçün Google hesabı ilə daxil olmaq mütləqdir.

3. Sual paylaşarkən hansı qaydalara riayət edilməlidir?

Sual başlığının sonu mütləq sual işarəsi (?) ilə bitməli və dəqiq ifadə olunmalıdır. Açıqlama hissəsində sual işarəsi şərt olmasa da, mövzu ətraflı və geniş izah edilməlidir.

4. İş elanı yerləşdirərkən hansı məlumatlar tələb olunur?

İş elanlarında maaş, əlaqə vasitəsi və şirkət/işəgötürən məlumatlarının qeyd olunması məcburidir. Spam və ya keyfiyyətsiz elanlar moderatorlar tərəfindən silinir.

5. İstifadəçi adını dəyişmək mümkündür?

Bəli, istifadəçi adınızı və profil məlumatlarınızı "Hesabım" bölməsindən hər 15 gündən bir dəyişdirə bilərsiniz.

6. Qaydaları pozan istifadəçilərə qarşı hansı tədbirlər görülür?

İlkin olaraq xəbərdarlıq edilir. Pozuntu təkrarlandıqda hesab ləğv edilir və həmin istifadəçinin daxil olduğu cihaz (telefon və ya kompüter) platformadan bloklanır.

7. Paylaşdığım sualı, cavabı və ya elanı redaktə edə və ya silə bilərəm?

Xeyir, paylaşılmış məzmunlar istifadəçilər tərəfindən redaktə edilə və ya silinə bilməz. Məzmunlar yalnız qayda pozuntusu olduqda moderatorlar tərəfindən silinir.

8. Qayda pozuntusu edən paylaşımları moderatorlara necə bildirmək olar?

Uyğunsuz məzmunlar və ya silinmə müraciətləri üçün rəsmi e-poçt ünvanımız ([email protected]) vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.

9. Hesabımı və şəxsi məlumatlarımı necə silə bilərəm?

Hesabınızın silinməsi üçün qeydiyyatdan keçdiyiniz e-poçt ünvanından [email protected] ünvanına müraciət göndərməyiniz kifayətdir.

10. Platformada şəxsi mesajlaşma (çat) funksiyası var?

Xeyir, hazırda şəxsi mesajlaşma funksiyası mövcud deyil. Sualınıza cavab yazıldıqda sayt daxilində bildiriş alırsınız. İş elanları üzrə əlaqə isə elanda qeyd olunan vasitələrlə saxlanılır.

11. Cavabları bəyənmək mümkündür?

Bəli, faydalı gördüyünüz cavabları bəyənmək imkanı mövcuddur.

12. Bildirişlər e-poçt ünvanıma göndərilir?

Xeyir, bütün bildirişlər yalnız sayt daxilindəki bildirişlər bölməsində göstərilir.

13. Mövzu və ya vakansiyaları necə axtara bilərəm?

Platformada kateqoriyalar bölməsi yoxdur. Axtardığınız mövzunu və ya elanı tapmaq üçün ana səhifədəki axtarış xanasından istifadə edə bilərsiniz.

14. Paylaşımlara şəkil və ya CV (PDF) əlavə etmək olar?

Xeyir, platformada yalnız mətn formatında paylaşımlar dəstəklənir.

15. Paylaşımlarda şəxsi biznes və ya xidmət haqqında reklam yerləşdirmək olar?

Reklam xarakterli paylaşımlar qadağan deyil, lakin spama çevrilməməsi üçün sıx şəkildə paylaşılması tövsiyə olunmur.

📬 Suallarınız cavabsız qaldı?

Əlavə suallarınız və ya dəstək üçün bizimlə e-poçt vasitəsilə əlaqə saxlaya bilərsiniz:

[email protected]
Yeni Paylaşım
Sual Ver
Elan Paylaş