DOST İş Mərkəzi vasitəsilə işə düzəlmək üçün necə müraciət etmək olar?
Qeydiyyat zamanı təhsilinizə və əvvəlki iş stajınıza uyğun vakansiya olduqda sizə SMS vasitəsilə bildiriş gəlir.
Mən keçən il müraciət etmişdim, mərkəzdən mənə bir neçə vakansiya təklif etdilər və müsahibəyə yönləndirdilər.
İşə qəbul prosesi tam şəffafdır, elektron sistem üzərindən növbəlilik qaydasında həyata keçirilir.
Əgər rəsmi iş yeriniz varsa və ya adınızda VÖEN aktivdirse DOST İş Mərkəzi müraciəti qəbul etmir.
Müraciət edərkən şəxsiyyət vəsiqənizi və varsa diplom və ya peşə sertifikatınızı təqdim etməlisiniz.
DOST İş Mərkəzi tərəfindən təşkil olunan işlərdə rəsmi əmək müqaviləsi bağlanılır və əməkhaqqı karta oturur.
Dövlət qurumlarında ictimai işlər üçün müqavilələr adətən 1 illik müddətə bağlanır.
İctimai işlərə qəbul zamanı sosial müdafiəyə daha çox ehtiyacı olan şəxslərə üstünlük verilir.
Əgər təklif olunan iş yeri yaşayış ünvanınızdan çox uzaqdırsa, imtina edib başqa variant gözləyə bilərsiniz.
Təcrübəmə dayanaraq deyə bilərəm ki, peşə bacarığınız varsa daha tez işlə təmin olunursunuz.
DOST agentliyinə yaxınlaşıb müraciət edə bilərsiniz və ya e-sosial portalı üzərindən işsiz kimi qeydiyyatdan keçməlisiniz.
Mərkəzə getmədən öncə 142 Çağrı Mərkəzinə zəng edib növbə götürsəniz vaxtınıza qənaət etmiş olarsınız.
İşə qəbul olunduqdan sonra əmək kitabçanızda rəsmi qeydiyyat aparılır və sığorta stajınız gedir.
Məndə müraciət edəndən 2 həftə sonra zəng edib müsahibəyə dəvət etdilər və bağban kimi işə götürdülər.
Profilinizdə əlaqə nömrəsini aktiv saxlayın, çünki uyğun iş çıxan kimi birbaşa telefonla əlaqə saxlayırlar.
İş axtaran statusunda olan şəxslərə də müxtəlif özəl şirkətlərdə olan vakansiyalar təklif olunur.
Maaşlar minimum əməkhaqqı məbləğindən az olmamaq şərtilə vəzifəyə uyğun olaraq müəyyən edilir.