CV-də yalan yazmaq (olmayan təcrübəni əlavə etmək) işə düzəlməyə kömək edir?
Şirkətlər artıq SİMA və e-Gov üzərindən bildirişləri görürlər, indi yalan satmaq çətindir.
Böyük holdinqlər mütləq background check (keçmişin yoxlanılması) edirlər.
Yalanla başlayan işdən bərəkət gəlməz.
İşə qəbul olunsan bile iş prosesində bilmədiyin ortaya çıxacaq və rüsvayçılıqla qovulacaqsan.
CV-də biliklərinə fokuslan, portfolio göstər.
Təcrübə proqramlarına (internship) müraciət et, 3 aya real təcrübə yığarsan.
Bəzi HR-lar köhnə iş yerinə zəng edib referans alırlar. Tutulsan adın "qara siyahı"ya düşə bilər.
Yalan yazmaq əvəzinə frilans işlədiyini və ya layihələr etdiyini yaz. Bu daha inandırıcı və leqaldır.
Ən yaxşısı dürüst olub bacarıqlarını ön plana çıxarmaqdır.
Təcrübəsiz Junior olaraq müraciət et, dürüstlük daha çox qiymətləndirilir.
Edən çoxdur amma böyük risktir. İşə götürəndən sonra e-gov.az-dan əmək stajını yoxlasalar dərhal yalanın çıxacaq.
Müsahibədə həyəcanlanıb özünü bəlli edəcəksən, peşəkar HR 5 dəqiqəyə anlayır.
Məncə risq etməyə dəyməz. Bildiyin şeyləri abartmaq olar amma tamamilə uydurma təcrübə yazmaq təhlükəlidir.
Kişik şirkətlər bəzən yoxlamır, amma müsahibədə dərin suallar versələr ifşa olacaqsan.