ChatGPT şəkil düzəltmək funksiyası necə işləyir və fotoları necə redaktə etmək olar?
Prompt yazarkən ingilis dilində yazmaq daha dəqiq vizual nəticə verir. Lakin Azərbaycan dilində yazdıqda da ChatGPT nə demək istədiyinizi başa düşüb lazımi şəkli hazırlayır.
Əgər Plus abunəliyiniz varsa, şəkil üzərində seçmə aləti ilə dəyişmək istədiyiniz konkret hissəni işarələyib yalnız həmin hissəyə düzəliş verə bilərsiniz.
Fotoqrafiya üslublarını mətnə əlavə etmək faydalıdır. Məsələn, 35mm kinematoqrafik kadr və ya portret rejimində yazdıqda şəkillərin keyfiyyəti qat-qat artır.
ChatGPT daxilində DALL-E 3 modeli inteqrasiya olunub. Şəkli dialoq pəncərəsinə yüklədikdən sonra nəyi dəyişmək istədiyinizi addım-addım yazmalısınız. Məsələn, şəkildəki fəsli yaydan payıza dəyişmək və ya obyektin rəngini yeniləmək üçün çox dəqiq təsvir vermək lazımdır.
Mən şəxsi fotolarımı işləyərkən əvvəlcə ChatGPT-yə şəkli analiz etdirirəm. O şəklin məzmununu tam oxuduqdan sonra dəyişiklik əmrini verirəm. Bu zaman nəticə daha keyfiyyətli və orijinala yaxın alınır.
Biznes və məhsul fotoları üçün ChatGPT-yə arxa fon təmizləmə və yeni işıqlandırma effekti qatmaq tapşırığı vermək olur. Kommersiya çəkilişləri üçün vaxta böyük qənaət edir.
Nəzərə alın ki, ChatGPT mövcud fotoşəkili birbaşa piksel səviyyəsində redaktə etmir, həmin fotorun oxşarını süni intellekt tərəfindən yenidən yaradır. Ona görə üz cizgilərində azca fərqliliklər ola bilər.